Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Nefti 60 dollarda qalacağı halda aktivlər 50,8 milyard dollara çatacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nefti 60 dollarda qalacağı halda aktivlər 50,8 milyard dollara çatacaq"

2023-cü ilədək Dövlət Neft Fondunun (ARDNF) aktivləri bir barel neftin qiymətinin 60 dollar səviyyəsində qalacağı halda 50,8 mlrd. dollara çatacaq. Bu barədə Fondun icraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu bəyan edib.

 

“ARDNF-nin ortamüddətli və uzunmüddətli gəlirləri üzrə proqnozlarımız bir barel neftin 60 dollar məbləğində orta qiymətinə əsaslanıb. Cari proqnozlarımıza əsasən, 2022-ci ilin sonuna ARDNF-nin aktivləri  50,8 mlrd.dollara çatacaq”, - N.Nəsrullayeva-Müdüroğlu "Azeri Observer" jurnalına müsahibəsində bildirib

 

Onun sözlərinə görə, 2015-2016-ci illərdə ARDNF-nin aktivlərinin azalması müşahidə edilib, bu da dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar olub.

 

“Lakin dövlət büdcə xərclərinin uğurlu optimallaşması ilə bərabər neftin qiymətinin artımı 2017-ci ildən etibarən Fondun aktivlərinin sürətli bərpasına imkan yaradıb. Hazırda aktivlər  38,9 mlrd. dollar məbləğində rekord səviyyədədir”, - N.Nəsrullayeva-Müdüroğlu əlavə edib.

28.11.2018 11:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ