Ən yuxarı (mobil)-2_30

Gəliri POS-terminal vasitəsilə əldə edənlərə 25% güzəşt

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəliri POS-terminal vasitəsilə əldə edənlərə 25% güzəşt

Azərbaycan hökuməti pərakəndə ticarətlə məşğul olan və ya ictimai iaşə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün nağdsız hesablaşmaları stimullaşdıran vergi güzəştlərinin tətbiq edilməsini təklif edir. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

 

"Dünən parlamentdə Vergi Məcəlləsinə I oxunuşda qəbul edilmiş dəyişikliklərdə nağdsız hesablaşmaların təşviqi çərçivəsində müəyyən vergi güzəştləri nəzərdə tutulub. Güzəştlər gəlir vergisi, mənfəət vergisi və sadələşdirilmiş verginin tutulması zamanı tətbiq olunacaq", - deyə məlumatda bildirilir.

 

Dəyişikliklərə görə, pərakəndə ticarətlə məşğul olan və ya ictimai iaşə sahəsində fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər üçün verginin məbləği hesablanarkən POS-terminallar vasitəsilə həyata keçirilən əməliyyatlar nəticəsində əldə edilən mənfəət və gəlir vergisinin bir hissəsi göstəriləcək. Bu hissə üzrə güzəşt 25% təşkil edəcək.

 

“Məsələn, vergi ödəyicisinin gəliri (və ya mənfəəti) 1000 manat təşkil edir, bunun 300 manatını o, nağdsız hesablaşmaların həyata keçirilməsi yolu ilə əldə edib. Həmin 300 manatdan tutulan vergi 25% az olacaq. Nəticədə obyekt üzrə hesablanmış verginin məbləği də azalacaq", - deyə məlumatda qeyd olunur.

 

Bu güzəştlərin 1 yanvar 2019-cu il tarixindən etibarən 3 il ərzində - 2021-ci ilin sonunadək tətbiq edilməsi planlaşdırılır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

28.11.2018 13:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ