Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rusiya 83 ton kənd təsərrüfatı məhsulunu Azərbaycana qaytardı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya 83 ton kənd təsərrüfatı məhsulunu Azərbaycana qaytardı

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rossaelxoznadzor”) Dağıstan üzrə İdarəsinin mütəxəssisləri Azərbaycandan gətirilən 83 ton meyvə-tərəvəz məhsullarını RF ərazisinə buraxmayıb.

 

"Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin mütəxəssisləri RF dövlət sərhədinin Dağıstan sahəsində karantin fitosanitar nəzarəti zamanı keyfiyyəti təsdiqlənməmiş və lazımi sənədlər paketi olmayan meyvə-tərəvəz məhsullarının ölkəyə qanunsuz yolla gətirilməsi ilə bağlı 4 cəhdin qarşısını alıblar", - deyə məlumatda qeyd olunur.

 

Qadağan edilən məhsullar arasında təzə soğan, tütün xammalı və alma da olub. Bu məhsullar karantin tətbiq edilən zərərli orqanizmlərə yoluxub.

 

Məlumatda bildirilir ki, “Bitkilərin karantini haqqında” Federal Qanunun pozulmasına görə mal partiyalarının sahibləri inzibati məsuliyyətə cəlb olunublar.

 

Bitkiçilik məhsullarının Azərbaycana qaytarılması qərara alınıb.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© İnterfaks-Azərbaycan

28.11.2018 13:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ