Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın neft hasilatı 2015-dən bəri ilk dəfə iki ay ardıcıl artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın neft hasilatı 2015-dən bəri ilk dəfə iki ay ardıcıl artıb

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə xam neft hasilatının ötən ilin sentyabr-noyabr dövründə 2015-ci ildən bu yana ilk dəfə iki ay ardıcıl artdığını açıqlayıb.


 
"Marja" xəbər verir ki, ABŞ-da xam neft hasilatı ötən ilin sentyabr ayında gündəlik orta hesabla 8,57 milyon barel ikən, oktyabrda 230 min barellik artımla 8,8 milyon barelə çatıb.

Reklam_3_11


 
Bundan başqa, ölkənin xam neft hasilatı noyabrda sutkada orta hesabla daha 100 min barrel artaraq 8,9 milyon barelə yüksəlib.


 
Bu nəticə ilə ABŞ-da xam neft hasilatı 2015-in əvvəlindən etibarən ilk dəfə iki ay ardıcıl artım qeyd edib.


 
EIA məlumatlarına görə, ABŞ-ın xam neft hasilatı sonuncu dəfə 2015-in fevral-aprel dövründə iki ay ardıcıl artım göstərmişdi.


 
Ekspertlər, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltmaq qərarının ardından qlobal bazarlarda bahalaşan xam neftin qiymətlərinə işarə edərək, bunun Amerikalı neft istehsalçılarına müsbət təsir etdiyinə diqqəti çəkirlər.


 
 ABŞ-ın neft hasilatının iki ay ardıcıl artım göstərməsinin Amerikanın neft bazarının toparlanmağa başladığının bir siqnalı olduğunu vurğulayan mütəxəssislər, xam neftin qiymətinin 50-55 dollar aralığında qalması vəziyyətində ABŞ-ın neft istehsalının gələcək aylarda da artmaqda davam edəcəyini bildirirlər.


 
 EIA-nın hesabatına görə, ABŞ-ın xam neft hasilatının 2017-də gündəlik orta hesabla 9 milyon barrel, 2018-də isə gündəlik orta hesabla 9,5 milyon barrel olması nəzərdə tutulur.

22.02.2017 05:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ