Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ iqtisadiyatı güclü artıb - DOLLAR BAHALAŞDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ iqtisadiyatı güclü artıb - DOLLAR BAHALAŞDI

ABŞ iqtisadiyyatı güclü şirkət investisiyalarının da təsirilə ilin 2018-ci ilin 3-cü rübündə güclü gedişini davam etdirib. Ticarət Nazirliyinin açıqladığı məlumata görə, 3-cü rüb iqtisadi artım göstəricisi 3.5% olub.
 

"Marja" xəbər verir ki, proqnoz da inkişafın 3.5% olacağı istiqamətində idi. İqtisadiyyatın təxminən 70%-ini təşkil edən istehlakçı xərcləri 4%-dən 3.6%-ə geriləyib. Proqnoz 3.9% idi.   
 
  
Aprel - İyun dövründə də 4.2% böyüyən iqtisadiyyat, beləliklə, 2014-cü ildən bəri ardıcıl ən yaxşı rüblük dövrlərini keçirib. Ancaq inkişafın son rübdə yavaşlayacağı gözlənilir.

Reklam_3_11


 
Çinlə davam edən ticarət müharibələri, "soyuyan" qlobal tələbat, artan faizlər ilə yanaşı Trampın vergi güzəştlərinin təsirinin gələn il azalacağı gözləntisi əsas risklər olaraq qarşıya çıxır.

 

Məlumatın açıqlanmasından sonra Dollar bahalaşıb. Avro/Dollar məzənnəsi 1.1279  səviyyəsinə düşüb (saat 18:15-ə olan məlumat). Dollar indeksi 97.44, səviyyəsinə qalxıb.

 

Brent neftinin qiyməti isə 1%-dən çox düşərək 59,59 dollara geriləyib. 

28.11.2018 15:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ