Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Fed/Powell: Faiz neytral səviyyədən bir az aşağıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed/Powell:  Faiz neytral səviyyədən bir az aşağıdır

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerome Pauell (Jerome Powell), "Economic Club of New York"da etdiyi çıxışında, "Faiz nisbəti neytral səviyyədən bir az aşağıdır" deyib. Beləliklə Fed, faiz artırmağa gələn il fasilə verə biləcəyinin siqnalını verib.
 

"Marja" xəbər verir ki, "Mərhələli faiz artımlarının təsiri qeyri-müəyyəndir, təsirini görmək bir il və ya daha uzun bir müddət tələb edə bilər" şəklində danışan Pauell,"Faizin mərhələli artırılması riskləri tarazlaşdırmaq mənasını daşıyır" deyib və pul siyasəti üçün əvvəlcədən təyin olunan bir yol olmadığını vurğulayıb.
 

Reklam_3_11

Özünün və Federal Açıq Bazar Komitəsinin (FOMC), ABŞ iqtisadiyyatına dair proqnozlarının daim güclü iqtisadi artım olduğunu deyən Cerome Pauell, maliyyə zəifliklərinin isə "mülayim" bir səviyyədə olduğunu qeyd edərək, "Maliyyə sabitliyi, pul siyasəti üçün artıq daha çox əvəzolunmaz haldadır" deyib.
 

ABŞ iqtisadiyyatının gedişindən çox məmnun olduğunu bildirən Pauell, bəzi şirkət borclarının riskli səviyyəyə çatdığını, ancaq maliyyə sistemi və bazarların 2008 böhranından əvvəlki dövrə nisbətən daha güclü olduqlarını deyib.
 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Cerome Pauell, "Pul siyasəti qərarlarımız daim iqtisadiyyatı yolu ilə aparmaq üçün və pul siyasəti, məşğulluq və inflyasiya üçün dəyişən görünüşə bağlı olaraq iqtisadiyyatı təqib edəcək şəkildə dizayn ediləcəkdir" - deyib.
 

Fed 3 il əvvəl sağlam ABŞ iqtisadiyyatına əsaslanaraq faiz artırmağa başlayıb. Faizin, ölkə iqtisadiyyatını tarazlıqda saxlayacaq səviyyələrə yaxınlaşdırdığını qeyd edən Cerom  Pauell, "Faiz dərəcələri, tarixi standartlara görə hələ də aşağıdır və iqtisadiyyat üçün neytral olacağı ehtimal edilən səviyyələrdən bir az aşağıdır",- deyib.

 

NYU- YORK BİRJASI KƏSKİN YÜKSƏLİB
 
 
Fed sədrinin çıxışından sonra, yekunda, Dow Jones İndeksi 2,5 faiz artımla 25366,43 bəndə qalxaraq son səkkiz ayın ən böyük gündəlik qazancını qeyd edib. 

 

S&P 500 İndeksi 2,30 faiz qazancla 2743,78 bəndə və Nasdaq Texnologiya İndeksi 2,95 faiz artımla 7291,59 bəndə qalxıb.
 

İndekslərin yüsəlməsinə, Fed sədri Cerome Pauellin mövcud faiz nisbətlərinin (2%-2.25%) neytral səviyyələrdən bir az aşağı olduğunu bildirərək, bankın faiz artırmağa gələn il fasilə verə biləcəyinin siqnalını verməsi təsir göstərib. 
 

Digər tərəfdən, ABŞ-da dünən açıqlanan məlumatlara görə, ölkənin Ümumi Daxili Məhsulu (ÜDM üçüncü rübdə 3,5% artıb.

29.11.2018 04:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ