Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nyu-York birjası Pauellə kəskin yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nyu-York birjası Pauellə kəskin yüksəlib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nyu-York birjası,  ABŞ Mərkəz Bankının (Fed) sədri Cerome Pauellin (Jerome Powell) açıqlamaları ilə kəskin yüksəlib. Cerome Pauell, "Economic Club of New York"da etdiyi çıxışında, "Faiz nisbəti neytral səviyyədən bir az aşağıdır" deyib. Beləliklə Fed, faiz artırmağa gələn il fasilə verə biləcəyinin siqnalını verib.

 

 

"Marja" xəbər verir ki, Fed sədrinin çıxışından sonra, yekunda, Dow Jones İndeksi 2,5 faiz artımla 25366,43 bəndə qalxaraq son səkkiz ayın ən böyük gündəlik qazancını qeyd edib. 

 

S&P 500 İndeksi 2,30 faiz qazancla 2743,78 bəndə və Nasdaq Texnologiya İndeksi 2,95 faiz artımla 7291,59 bəndə qalxıb.
 

İndekslərin yüsəlməsinə, Fed sədri Cerome Pauellin mövcud faiz nisbətlərinin (2%-2.25%) neytral səviyyələrdən bir az aşağı olduğunu bildirərək, bankın faiz artırmağa gələn il fasilə verə biləcəyinin siqnalını verməsi təsir göstərib. 
 

Digər tərəfdən, ABŞ-da dünən açıqlanan məlumatlara görə, ölkənin Ümumi Daxili Məhsulu (ÜDM üçüncü rübdə 3,5% artıb.

29.11.2018 04:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ