Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Hərraca əlavə dollar kütləsi çıxarılır - SƏBƏB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hərraca əlavə dollar kütləsi çıxarılır - SƏBƏB

Artıq ikinci dəfədir ki, Mərkəzi Bank hərraca əlavə dollar kütləsi çıxarır.

 

Reklam_3_11

Dünən keçirilən hərraca Neft Fondunun çıxartdığı 35 milyon dollardan əlavə olaraq 20 milyon dollar da buraxılıb. Səbəb isə bankların dollara olan ehtiyaclarının yüksək olması göstərilir.

 

Bu kursun stabilliyini qorumaq üçün həyata keçirilir. Hesab olunur ki, əlavə 20 milyonu hərraca Mərkəzi Bank çıxartmır. Çünki bu onun valyuta ehtiyatlarına mənfi təsir edə bilər. Həm də Mərkəzi Bank onsuz da korrekt olan valyuta ehtiyatlarına toxunmamağı hədəfləyib. Əlavə 20 milyonun haradan maliyyələşməsinə gəlincə, bank mənbələri bununla bağlı 2 versiya irəli sürürlər.

 

Versiyalardan biri budur ki, Mərkəzi Bank ötən hərraclar zamanı çıxarılan və satılmayan 35 milyon dollardan qalan, ehtiyat şəklində saxlanılan vəsaiti indi, lazım olduğu üçün hərraca daxil edir.

 

İkinci versiya isə bundan ibarətdir ki, Mərkəzi Bank Neft Fondundan edilən 4,2 milyard dollar tranşdan da istifadə edə bilər.

Tarix

Mərkəzi Bank tərəfindən hərracda təqdim olunan məbləğin həcmi

Hərrac məzənnəsi

Dinamika

Satılan valyutanın həcmi ($)

Hərracdan kənar satılan valyutanın həcmi ($)

Mərkəzi Bankın sabahkı günə təyyin etdiyi məzənnə

02.02.2017

35 mln.

1.9111

- 0.0089

24.17 mln.

-

1.9111

07.02.2017

35 mln.

8251

- 0.0860

12.66 mln.

-

8252

09.02.2017

35 mln.

7301

- 0.0950

6.73 mln.

-

7301

14.02.2017

35 mln.

7296

- 0.0005

35 mln.

-

7296

16.02.2017

35 mln.

7352

+ 0.0055

35 mln.

16 mln.

1.7352

21.02.2017

35 mln.

7447

+ 0.0095

35 mln.

20 mln.

1.7447

Cəmi

210 mln.

-

-

148.56 mln.

36 mln.

-

© Fins.az

22.02.2017 03:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ