Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

İki şirkətin yarıdan çoxuna nəzarət etdiyi bazar

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki şirkətin yarıdan çoxuna nəzarət etdiyi bazar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış 617,171 milyon manat sığorta haqqının 344,858 milyon manatı və yaxud 55,9%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.

 

Reklam_3_11

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistika hesabata görə, "PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 226,793 milyon manat (36,75%) və 118,065 milyon manat (19,15%) sığorta haqqı toplayıblar.

 

Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 46,133 milyon manatlıq (7,5%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 4-cü yerdə 40,58 milyon manatlıq (6,6%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), 5-ci yerdə isə 31,199 milyon manatlıq (5%) göstərici ilə "Atəşgah Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 462,77 milyon manat təşkil edib ki, bu da bazarın 75%-i deməkdir.

 

21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Naxçıvan Sığorta" (221 min manat), "Amrah Sığorta" (509 min manat) və "Bakı Sığorta" (783 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi yığımları 1,513 milyon manat təşkil edib ki, bu da bazarın cəmi 0,2%-i deməkdir.

 

Qalan 13 sığorta şirkətinin yığımları isə 1-23 milyon manat arasında dəyişir və onların bazar payı 152,888 milyon manat və yaxud 24,8%-dir. 

 

Ödənişlərin 52%-ni "PAŞA Holdinq" həyata keçirir

 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyata keçirilmiş 205,96 milyon manatlıq sığorta ödənişlərinin 51,5%-i və yaxud 106,001 milyon manatı "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.

 

"PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 64,479 milyon manat (31,3%) və 41,522 milyon manat (20,2%) ödəniş ediblər. 

 

Ödənişlərin məbləğinə görə, 3-cü yerdə 16,837 milyon manatlıq (8,2%) göstərici ilə "Atəşgah Sığorta" ASC, 4-cü yerdə 12,937 milyon manatlıq (6,3%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 5-ci yerdə isə 12,371 milyon manatlıq (6%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi ödənişləri 148,146 milyon manat təşkil edib ki, bu da bazarın 72%-i deməkdir.

 

21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (3 manat), "Amrah Sığorta" (62 min manat) və "Bakı Sığorta (174 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi ödənişləri 239 min manat təşkil edib ki, bu da cəmi 0,1%-lik pay deməkdir.

 

Qalan 13 sığorta şirkətinin ödənişləri 57,575 milyon manat və yaxud bütün ödənişlərin 27,9%-i qədərdir. 

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Renkinq

29.11.2018 06:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ