Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Morgan Stanley: Tramp Paueli qovmaz

iç səhifə xəbər başlığı altı (mobil)_31
Morgan Stanley: Tramp Paueli qovmaz

Qlobal investisiya bankı Morqan Stenlinin (Morgan Stanley) iqtisadçısı, ABŞ Prezidenti Donald Trampın narazılığını tez-tez dilə gətirdiyi Fed sədri Cerome Paueli vəzifəsindən azad etməyəcəyini bildirib.


 

Reklam_3_11

ABŞ Prezidenti Donald Tramp bu həftə Fed sədri Cerome Pauell ilə bağlı narazılığıni yenidən dilə gətirərək, bazardakı son satışlar məsələsində Paueli günahlandırmış, "Jay"i seçməyimə görə heç razı deyiləm" demiş və faiz artımlarını tənqid etmişdi.
 

Tramp keçən ilin noyabr ayında Pueli Fed sədrliyinə namizəd göstərmişdi.
 

Morgan Stanley-in ABŞ üzrə iqtisadçısı Ellen Zentner, "ABŞ Prezidenti Fed sədrliyi üçün birini namizəd göstərə bilər, ancaq bir Fed sədri qanunları pozarsa vəzifəsindən azad oluna bilər",- deyib. 
 

Zentner sözlərini, "Pauell siyasi meyllərlə deyil, iqtisadi göstəricilərlə hərəkət edir. Əgər Fed gələn il faiz artımlarına fasilə verərsə bunun Prezidentin istəkləri ilə əlaqəsi olmaz" şəklində davam etdirib.
 

Bu günə qədər ABŞ-da heç bir Prezident tərəfindən Fed rsədri vəzifəsindən azad edilməyib. 

29.11.2018 08:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ