Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Beynəlxalq Bankı mümkün qədər tez özəlləşdirin"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Beynəlxalq Bankı mümkün qədər tez özəlləşdirin"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan hökumətini 2019-cu ildə bank sektorunun restrukturlaşdırılması prosesinin başa çatması üçün qətiyyətli addımlar atmağa çağırır.

 

Reklam_3_11

"Bank sektorunun restrukturlaşdırılması prosesinin tamamlanması üçün qətiyyətli addımlar atılmalıdır. Azərbaycanın Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi bank sistemində riskin azalmasının əsas prioritetlərindən biridir və mümkün qədər tez həyata keçirilməlidir. Qeyri-işlək kreditlər, bəzi banklarda kapital çatışmazlığı ilə bağlı problemləri həll etmək, eləcə də maliyyə tənzimləyicisinin – Maliyyə Bazarlarına Nəzarət Palatasının müstəqilliyini gücləndirmək lazımdır", - deyə AYİB-in saytında dərc edilmiş “Transition Report 2018-19”da qeyd edilir.

 

Bank 2019-cu ildə Azərbaycan hökuməti üçün prioritetlər arasında biznes-mühitin yaxşılaşdırılması üçün islahatların davam etdirilməsinin vacibliyini vurğulayır. "İnvestisiya mühiti ilə bağlı islahatlar bu yaxınlarda baş vermiş müsbət dəyişikliklərə əsaslanmalıdır. Vergi inzibatçılığı sahəsində islahatlar əsas diqqət vergi bazasının genişləndirilməsi və vergi güzəştlərinin azaldılması hesabına kölgə iqtisadiyyatının həcminin aşağı salınmasına yönəldilməklə prioritetlərdən biri olmalıdır", - deyə bank bildirir.

 

AYİB, həmçinin Azərbaycan hökumətinə son il ərzində yaradılmış dövlət orqanlarının institutsional potensialını artırmağı tövsiyə edir. "Bu yaxınlarda yaradılmış dövlət idarələri, bir qayda olaraq təcrübəyə və etibarlı operativ çərçivələrə malik deyil. Hökumət onların fəaliyyətində şəffaflığın və səmərəliliyin təmin edilməsi üçün lazımi addımlar atmalıdır", - deyə AYİB-də hesab edirlər.

 

Daha əvvəl maliyyə naziri Samir Şərifov bildirmişdi ki, hökumət 2018-ci ildə ABB-nin özəlləşdirilməsi üzrə işlərə başlayacaq. Onun sözlərinə görə, AYİB ABB-nin özəlləşdirilməsinə maraq göstərir.

 

ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Onun əsas səhmdarı Maliyyə Nazirliyidir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks- Azərbaycan

29.11.2018 08:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ