Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

“Embafinans” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Embafinans” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

29 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin ikinci tranş üzrə buraxılan istiqrazlar BFB-də standart bazar seqmentində listinqə daxil edilib.

 

Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumata görə, 3 dekabr 2018-ci il tarixində “BOKT Embafinans” MMC-nin 1 milyon manat həcmində istiqrazlarının ticarəti Bakı Fond Birjasında bir qiymətli hərrac üsulu ilə həyata  keçiriləcəkdir. Qeyd edək ki, bundan əvvəl ikinci tranşda 2 milyon manatlıq istiqrazın yerləşdiriləcəyi bəyan edilmişdi.

 

İstiqrazların tədavül müddəti 1 ildir (365 gün) və illik faiz dərəcəsi 10.5% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər 1 təqvim ayından bir ödəniləcəkdir.

 

Qeyd etmək istərdik ki, “BOKT Embafinans” MMC-nin birinci tranş üzrə buraxılan qiymətli kağızları 8 oktyabr 2018-ci il tarixində BFB-də ticarətə buraxılmışdır.

 

İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.

 

Xəbər verdiymiz kimi, Bank olmayan kredit təşkilatı “Embafinans” MMC ilk dəfə istiqraz emissiya edib. 4 milyon manatlıq buraxılış hər birinin nominal dəyəri 1000 manat olan 4000 ədəd faizli təminatsız, sənədsiz adlı istiqrazdan ibarətdir. Emissiya Prospektində qeyd edilib ki, istiqrazların investorlara təklifi (yerləşdirilməsi) iki tranşla nəzərdə tutulur. İlk 2 milyon manatlıq tranş Oktyabrın 8-də yerləşdirilib. Dekabrın 3-də 2-ci tranşda 1 milyon manatlıq istiqrazın yerləşdirilməsi, qalan 1 milyon manat üçün də 3-cü tranş yerləşdirməninn olacağını deməyə əsas verir.  

29.11.2018 14:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ