Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

SOCAR San-Marino şirkətilə anlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR San-Marino şirkətilə anlaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR San-Marino Respublikasının İctimai Xidmətlər üzrə Dövlət Şirkəti (“AASS”) şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

 

SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti San-Marinoda səfərdə olub. Səfər çərçivəsində Xarici İşlər üzrə Dövlət Katibliyinin binasında San-Marinonun enerji məsələlərinə məsul olan dövlət katibi Marco Podeski və “AASS” prezidenti Fedriko Kreşentini ilə görüşlər keçirilib.

 

Sonda SOCAR və “AASS” arasında Anlaşma Memorandumu imzalanıb.

 

İki şirkət arasında enerji sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd cari ilin mayında San-Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzinin Azərbaycana səfəri zamanı iki ölkənin Xarici İşlər nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn ilk addımdır.

29.11.2018 14:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ