Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Əmlakın yanğından və digər risklərdən sığortasında böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmlakın yanğından və digər risklərdən sığortasında böyük artım

Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq kəskin artır.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatına görə, bu ilin yanvar-oktyabr ayları ərzində əmlakın yanğından və digər risklərdən sığortası üzrə sığorta şirkətlərinin yığımları 50 mln. 823,6 min manat təşkil edib. Bu, yanvar-sentyabr ayları ilə müqayisədə 2 mln. 530,3 min manat və ya 5,24% çoxdur.

 

Ötən ilin eyni dövrü ilə müqayisə etsək, ölkədə əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 19,113 mln. manat və ya 60,27% artıb.

 

Bu ilin yanvar-oktyabr aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə 2 mln. 43,6 min manatlıq ödəniş həyata keçirilib. Bu, yanvar-sentyabr aylarındakı göstəricidən 267,9 min manat və ya 15,09%, 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,3 min manat və ya 0,31% azdır.

 

 

Daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar 18% artıb

 

2018-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 25 mln. 299,3 min manat təşkil edib. Bu, yanvar-sentyabr ayları ilə müqayisədə 1 mln. 792,4 min manat və ya 7,62% çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalarda 3 mln. 854,5 min manat və ya 17,97% artım müşahidə edilib.

 

Sığorta ödənişlərinə gəlincə, bu ilin yanvar-oktyabr aylarında bu göstərici 3 mln. 284,1 min manat olub ki, bu, yanvar-sentyabr ayları ilə müqayisədə 371,4 min manat və ya 12,75%, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 879,1 min manat və ya 36,55% çoxdur.

 

Ümumilikdə, bu ilin 10 ayında daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər daxilolmaların 12,98%-ni təşkil edib.

 

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə sığorta haqlarının həcmi 249,3 min manat, ödənişləri 65 min manat təşkil edib. Yanvar-sentyabr ayları ilə müqayisədə bu sığorta növü üzrə yığımlar 11,05% artıb, ödənişlər isə 10,47% azalıb. Bir il əvvəl ilə müqayisədə isə bu göstərici müvafiq olaraq 4,92% və 2,7 dəfə çoxdur.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

29.11.2018 14:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ