Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

12 min nəfəri işdən çıxaracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
12 min nəfəri işdən çıxaracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniyanın dərman və kimya şirkəti Bayer AG, yenidənqurma çərçivəsində təxminən 12 min nəfəri işdən çıxaracağını və heyvan səhiyyəsi hissəsini satacağını bildirib.
 

"Marja" xəbər verir ki, Bayer AG-dən verilən məlumata görə, şirkət qlobal olaraq yenidənqurma çərçivəsində təxminən 12 min nəfəri ixtisar etməyi planlaşdırır. Alman şirkət, heyvan səhiyyəsi hissəsini sataraq, dərman, istehlakçı sağlamlığı və bitki elminə fokuslanacaq.
 

2017-ci ilin sonuna olan məlumata görə, şirkət dünyada təxminən 100 min nəfərə məşğulluq təmin edir, bunların 31 min Almaniyadadır.
 

Bayer AG, ABŞ-ın kənd təsərrüfatı şirkəti Monsanto-nu 63 milyard dollara satın alması ilə gündəmə gəlmişdi.
 

Satınalmadan sonra, Roundup adlı yabanı ot dərmanının istehsalçısı Monsanto şirkəti, bu dərmana görə, bir bağbanın xərçəngə tutulduğu və bu səbəblə də bu ilin avqust ayında 289 milyon dollar təzminat ödəməyə məhkum edilmişdi. Dərmanla bağlı ən azı 9 min cinayət işi açılıb.Monsanto-nun sahibi Bayer, Roundup-un xərçəngə səbəb olduğu iddialarını qəbul etməyərək qərara etiraz edir.
 

Monsanto şirkətinin yüksək qiymətə alındığına görə investorların Bayer şirkəti üzərindəki təzyiqi artıb. Bayer-in bazar dəyərindən avqustdan bu yana 34 milyard dollar "əriyib".

29.11.2018 17:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ