Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Göyçayda istehsal edilən nar məhsulları 24 xarici ölkəyə ixrac olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Göyçayda istehsal edilən nar məhsulları 24 xarici ölkəyə ixrac olunur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Noyabrın 29-da Göyçayda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, AMEA-nın Folklor İnstitutunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan narının multidissiplinar funksiyası” mövzusunda beynəlxaq elmi konfrans keçirilib.

 

Reklam_3_11

Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə konfransı açaraq vurğulayıb ki, bu gün ölkəmizdə aqrar siyasətin əsas prioritet istiqamətlərindən biri kimi ənənəvi əkinçiliyin bir çox sahələri ilə yanaşı, bağçılığın da inkişafı diqqət mərkəzindədir. Göyçay rayonu respublikamızda yetişdirilən məhsulların növlərinə və fərqliliyinə görə, o cümlədən tarixi uzaq əsrlərə gedib çıxan narçılıq üzrə tanınan bölgədir. Göyçay yeganə bölgədir ki, burada narın bütün növləri, o cümlədən “Azərbaycan gülöyşəsi”, “Bala mürsəl”, “Şahnaz”, “Ağşirin”, “Qırmızıqabıq”, “Vələs”, “Şelli mələsi” kimi qiymətli növləri yetişir. İcra hakimiyyətinin başçısı, habelə vurğulayıb ki, Göyçayda istehsal edilən nar məhsulları 24 xarici ölkəyə ixrac olunur.

 

Konfransda məruzələr dinlənilib. Məruzələrdə vurğulanıb ki, bu gün dünyada yarım milyonadək bitki növü var. Onlardan biri çoxlu sayda dənəciklərin möcüzəli şəkildə toplandığı və hazırda 27 növü olan nar meyvəsidir. Rəvayətə görə, ilk nar ağacı məhəbbət ilahəsi Afrodita tərəfindən becərilib. Qədim misirlilər dəfn olunanları narla əhatə edərdilər ki, bu, ölünün yenidən həyata qayıtması üçün vacib hesab edilərdi. Koreyada nar tanrıların qidası kimi tanınır. Qeyd olunub ki, nar şirəsi və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Oktay Səmədov məruzəsində nar haqqında ensiklopedik bilgilər kitabının hazırlanması və onun üç dildə çap olunması təklifini səsləndirib. Sonra beynəlxalq elmi konfrans “Nar iqtisadiyyatda və sosial həyatda” və “Narın sənətdə və mədəniyyətdə təzahürü” bölmələri ilə işini davam etdirib

30.11.2018 04:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ