Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fed Protokolları: Təxminən bütün Fed üzvləri yaxın zamanda faizin artırılacağını gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed Protokolları: Təxminən bütün Fed üzvləri yaxın zamanda faizin artırılacağını gözləyir

ABŞ Mərkəzi Bankı (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) 7-8 Noyabr tarixli yığıncağına aid protokollar dərc olunub.

 

"Marja" xəbər verir ki, protokollarda, təxminən bütün Fed üzvlərinin yaxın zamanda faizin artırılacağını gözlədiyi qeyd edilib. Protokollarda pul siyasəti üçün əvvəldən təyin olunmuş bir "çığır" olmadığı, risklərin aşağı və yuxarı istiqamətli olaraq balanslı olduğu vurğulanıb.

 

Protokollarda, Fed üzvlərinin az qala hamısının mərhələli faiz artırmaq siyasətini uyğun hesab etdikləri, trendin üzərində iqtisadi artımın orta müddətdə yavaşlayacağını nəzərdə tutduqları ifadə edilib.

 

Yığıncaqda ticarət, şirkətlərin borcluluğu və aşağı inflyasiya riskləri danışılıb. 


Bəzi üzvlər qeyri-maliyyə  şirkətlərininin borcluluq vəziyyətləri barədə narahat olduqlarını dilə gətiriblər. 

 

İclasda maaşlardakı artımın  2% inflyasiya hədəfilə uyğun olduğu açıqlanıb.

 

Qeyd edək ki, Fed-in Dekabr ayında faiz artıracağı gözlənilir. 2019-cu ildə isə Fed-in "iqtisadi artımın yavaşlamasına görə" faiz artırmağa fasilə verəcəyi gözlənilir.

30.11.2018 04:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ