Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda 10 peşə təhsil mərkəzi yaradılıb - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 10 peşə təhsil mərkəzi yaradılıb - SİYAHI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Azərbaycanda 10 peşə təhsil mərkəzi yaradılıb.

 

Bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

 

Dəyişikliyə əsasən, Abşeron Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilib.

 

Bundan başqa, 1 nömrəli Sumqayıt Peşə Liseyi və 10 nömrəli Sumqayıt Peşə Liseyi birləşdirilib və onların bazasında Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, 3 nömrəli Sumqayıt Peşə Liseyinin bazasında Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Xaçmaz Peşə Məktəbi və Xaçmaz Peşə Liseyi birləşdirilib və onların bazasında Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi, Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilib və onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi,Cəlilabad Peşə Məktəbi və Cəlilabad Peşə Liseyi birləşdirilib və onların bazasında Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Ağstafa Peşə Məktəbi, Vüqar İdris oğlu Süleymanov adına Qazax Peşə Liseyi və Tovuz Peşə Liseyi birləşdirilib və onların bazasında Tovuz Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Şəki Peşə Məktəbi və 2 nömrəli Şəki Peşə Məktəbi birləşdirilib və onların bazasında Şəki Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Balakən Peşə Məktəbi və 2 nömrəli Balakən Peşə Məktəbi birləşdirilib və onların bazasında Balakən Dövlət Peşə Təhsil Mərkəzi, 2 nömrəli Ağdam Peşə Məktəbi və 4 nömrəli Ağdam Peşə Məktəbi birləşdirilib və onların bazasında Ağdam Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Füzuli Peşə Məktəbi və 2 nömrəli Füzuli Peşə Məktəbi birləşdirilib və onların bazasında Füzuli Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

 

Dövlət Peşə Təhsil Mərkəzlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

30.11.2018 06:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ