Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dollar, Tramp - Xi görüşündən öncə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar, Tramp - Xi görüşündən öncə

Dollar, dünyanın ən böyük iki iqtisadiyyatının liderlərinin ticarət danışqıları görüşündən əvvəl təmkinli görünür.



Dollar, ABŞ ilə Çin liderlərinin ticarət müharibəsinə son verə biləcəkləri görüşün əvvəlində Cümə günkü əməliyyatlarda təmkinli hərəkət edir. "Marja" "Reuters"ə istinadən xəbər verir ki, ticarət müharibəsində atəşkəs təmin edilməsi vəziyyətində inkişaf etməkdə olan ölkələrin valyutaları inkişaf etmiş ölkələrin valyutalarının ucuzlaşması hesabına bahalaşa bilər.

 

"Marja" xəbər verir ki, Dollar, Fed-in faiz artırmağa fasilə verəcəyinə dair güclənən gözləntilər ilə bu həftə təzyiq altındadır. Fed sədri Cerom Pauelin Çərşənbə günü etdiyi açıqlamalar bu gözləntiləri gücləndirib.

 

Bununla bərabər, Fed rəsmilərinin "göyərçin" açıqlamalarına baxmayaraq, qismən ABŞ iqtisadiyyatının gücü və digər yerlərdəki zəif inkişafın təsiri ilə geniş miqyasda Dollar satışı olmadı.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Dolların, ABŞ - Çin ticarət müharibəsi fonunda etibarlı aktiv kimi alınması da ABŞ pulunun çox dəyər itirməməsinə səbəb olur. 

 

Dollar İndeksi Asiya əməliyyatlarında çox dəyişməyərək 96.70 səviyyələrində "dalğalanır".

 

ABŞ Prezidenti Donald Tramp ilə Çin Dövlət başçısı Xi Jinping, 30 Noyabr ilə 1 Dekabr arasında Buenos-Airesdə keçiriləcək G - 20 zirvəsində görüşəcək.

30.11.2018 06:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ