Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan və Həştərxan dəmir yolu ilə yük daşımaları mərkəzi yaratmağı planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Həştərxan dəmir yolu ilə yük daşımaları mərkəzi yaratmağı planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Həştərxan vilayəti Azərbaycanla birlikdə dəmir yolu ilə yük daşımaları mərkəzi yaratmağı planlaşdırır. Bunu Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edənSergey Morozov deyib.


“Azərbaycanlı həmkarlarımızla birlikdə dəmir yolu ilə yük daşımaları mərkəzi yaratmağı planlaşdırırıq”, - Rusiya KİV S.Morozovun sözlərindən sitat gətirir.

 

Onun sözlərinə görə, Həştərxan vilayəti həmçinin Tatarstan şirkətlərinə Azərbaycan bazarına çıxışda kömək təklif edir.

 

“Biz Tatarstana Həştərxan vilayəti vasitəsilə xarici bazarla çıxış təklif edirik. Həştərxanda İran Ticarət Evi və Azərbaycan İşgüzar Mərkəzi fəaliyyət göstərir. Bakıda isə Həştərxan İşgüzar Mərkəzi inşa olunur. Siz yeni tərəfdaşların axtarışı məqsədilə bu meydançalardan istifadə edə bilərsiniz”, - qubernator qeyd edib.

 

Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycan Həştərxanda Ticarət Evi açmağı planlaşdırır.

 

Hazırda Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi fəaliyyət göstərir. Mərkəzin ümumi sahəsi 5 min kvadrat metr təşkil edir. Binada sərgi zalı, ofis otaqları, konfrans zalı və mini otel yerləşir. Mərkəzin inşası Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilib.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© İnterfax-Azərbaycan

30.11.2018 08:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ