Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Ov məhsullarını bu tip yerlərdən alıb əhalini zəhərləməyin” - KAFE VƏ RESTORANLARA MÜRACİƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ov məhsullarını bu tip yerlərdən alıb əhalini zəhərləməyin” - KAFE VƏ RESTORANLARA MÜRACİƏT

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları paytaxt ərazisində antisanitar şəraitdə balıq alveri ilə məşğul olan şəxslərlə profilaktik və maarifləndirici söhbətlər həyata kecirirlər.

 

Reklam_3_11

İdarədən “Marja”ya daxil olan rəsmi məlumatda bildirilib ki, qanunsuz olaraq və antisanitar şəraitdə satılan balıq növləri insan orqanizminə zərərlidir: “Eyni zamanda antisanitariya şəraitində satışa çıxarılan balıqlardan zəhərlənmə halları son dövrlərdə artıb. Su Nəqliyyatında Polis İdarəsi quş və dəniz onurğasızlardan sayılan krivet və xərçəngləri alan kafe, restoran, eləcə də bazarlara müraciət edərək bildirir ki, antisanitar şəraitdə satılan ov məhsullarını bu tip yerlərdən alıb əhalini zəhərləməsinlər”.

 

İdarənin digər məlumatında qeyd olunur ki, Su polisi tərəfindən ötən gecə saat 21:25 radələrində Xəzər dənizində balıqçı ölümdən xilas edilib. Əmiraslan Hüseynov Muxtar oğlu və Hikmət Səmədov Fikrət oğlu Novxanı qəsəbəsində taxta qayıqla balıq ovuna çıxıblar və sahildən 5 km uzaqda qayığın matoru xarab olub. Həyatı təhlükəylə üzləşən balıqçılar İdarənin Sumqayıt məntəqə rəisinə zəng vuraraq matorlarının xarab olduğunu deyərək kömək istəyiblər. Hadisə operativ səkildə Su Nəqliyyatında Polis İdarəsinin rəisinə məruzə olunub və dərhal hadisə rəhbərliyin nəzarətinə götürülüb.

 

Balıqçıların xilas edilməsi üçün əməliyyat tədbiri qurulub. Havanın dəyişməsi və küləkli olması həyata keçirilən tədbirlərə çətinlik yaşatsa da balıqçıların həyatı xilas edilib.

30.11.2018 09:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ