Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın ən bahalı çayı – REPORTAJ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən bahalı çayı – REPORTAJ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vaxtilə Lənkəranın İstisu qəsəbəsində böyük çay təsərrüfatı mövcud olub. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Hazırda çayçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Bu sahədə bir sıra fermer təsərrüfatları yaradılıb. Onlardan biri də “Yaşıl çay” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 2006-cı ildə yaradılan fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi var. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən “Kolxida” sortundan ibarət çay plantasiyaları salınıb. Təsərrüfatın ümumi çay əkini sahəsi 70 hektardır. Plantasiyalar hollandiyalı mütəxəssislər tərəfindən qurulmuş suvarma şəbəkəsi vasitəsilə çiləmə üsulundan istifadə etməklə suvarılır. Təsərrüfatda xaricdən gətirilən ən müasir texnika və avadanlıqdan istifadə olunur. Plantasiyalara qulluq zamanı kimyəvi vasitələrdən istifadə edilmir. Mineral gübrələr əvəzinə üzvü gübrələrdən daha çox istifadə olunur.

 

Reklam_3_11

“Yaşıl çay” fermer təsərrüfatının direktoru Araz Yağubovla söhbət zamanı bildirdi ki, Lənkəranın saf havası, təbiəti burada keyfiyyətli çayın yetişdirilməsinə imkan verir: “Gördüyünüz bu plantasiyalarda Gürcüstanda yetişdirilən “Kolxida” sortuna aid çay bitkiləri əkilib. Bu çay sortu digərlərindən tərkibindəki elementlərə görə seçilir. “Kolxida”nın tərkibindəki tamin maddəsi 34 faiz, Hindistan və Çin çaylarında isə 22-24 faiz təşkil edir. Həmçinin tərkibi kofeinlə də zəngindir. Taminlə zəngin olan çay insana xoş əhval-ruhiyyə bəxş edir. Bildirim ki, biz çay plantasiyalarına xüsusi gübrələr yox, kampos veririk. Ona görə də yığılan çay yarpağı ekoloji cəhətdən tam təmiz olur. Plantasiyalarda çaylar növünə görə dərilir və mini emal seximizdə istehsal olunur. Çay yarpağını intensiv üsulla dəririk. Əvvəllər ayda bir dəfə dərilirdisə, indi may ayından sentyabradək hər gün yığım aparılır. Yerli bazarda satış qiyməti 8-100 manat arasında dəyişir. Məqsədimiz, ilk növbədə, yerli bazarı çayla təmin etməkdir. Buna baxmayaraq, xarici ölkələrdən də sifarişlər daxil olur. Xarici bazar üçün xüsusi hazırlanmış “premium gold” çaylarımız da var ki, onların da qiyməti 500-2000 manatadəkdir. Bu çaylar səhər saat 6-da gün işığı düşməmiş yığılır və xüsusi texnologiya ilə istehsal edilir”.

 

Onun sözlərinə görə, çay bitkisi 7 ildən sonra məhsul verməyə başlayır. Təsərrüfatda isə iki ildir məhsul yığılır. Çay bitkisi 12 ildən sonra məhsuldarlığının ən yüksək həddinə çatır. Digər çay növləri hektara 5 ton məhsul verirsə, “Kolxida”da məhsuldarlıq 10 tondur. Hələ ki, plantasiyaların 1 hektarından ton yarım məhsul götürülür. Bu göstərici ildən-ilə artacaq.

 

Təsərrüfat arqoturizmin inkişafında da mühüm rol oynayır. “Yaşıl çay” təkcə bu il 3 mindən çox turist qəbul edib ki, onun da yarıdan çoxu xarici qonaqlar olub.

 

Araz Yağubov qeyd edib ki, çayçılığın inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində plantasiyaların ərazisini 2027-ci ilədək 120 hektara çatdırmağı planlaşdırır. Təsərrüfatda çay əkini keçən ildən yapon texnologiyası ilə aparılır. Bu texnologiya ilə 10 hektarda 12 hektarda əkilə biləcək çay yetişdirilir. Bu da məhsuldarlığa öz təsirini göstərir.

 

Qeyd edək ki, “Yaşıl çay” fermer təsərrüfatında 100-dək yerli sakin çalışır.

 

© Azərtac

30.11.2018 09:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ