Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kredit borcları ilə bağlı 400 minə yaxın məhkəmə qərarı çıxarılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kredit borcları ilə bağlı 400 minə yaxın məhkəmə qərarı çıxarılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bu günə qədər Azərbaycan məhkəmələri banklara və bank olmayan kredit təşkilatlarına borclarla bağlı 400 minə yaxın qərar çıxarıb”.

 

Reklam_3_11

Bunu Bakıda, Astana Beynəlxalq Maliyyə Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Biznesin maliyyələşdirilməsi və inkişaf üçün yeni imkanlar” mövzusunda tədbirdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunis Abdulov deyib.

 

“Bu istiqamətdə icra proseslərinin təkmilləşdirilməsi və sürətləndirilməsi qarşımızda duran ən əsas çağırışlardan biri olmaqla iqtisadiyyatın təkrar kreditləşdirilməsində əhəmiyyətli rol oynayır. ABA bununla bağlı Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir.

 

Digər vacib məsələ isə girovun reallaşdırılması ilə bağlıdır. Bazar mexanizmlərinə uyğun, işlək hərrac mexanizminin - platformasının yaradılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Biznes subyektlərinin institusionallaşması, maliyyə və iqtisadi savadlılığın, eləcə də idarəetmə bacarıqlarının artırılması biznesin maliyyələşdirilməsində əsas çağırışlardan biridir”, - deyə o, qeyd edib.

 

“Əlbəttə, təkmilləşmə təkcə real sektordakı biznes subyektlərinin ehtiyacı deyil. Bank sektorunda da risk və strategiya menecmenti, həmçinin korporativ idarəetmə strandartlarının təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması, maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi kimi istiqamətlərdə zamanın tələblərinə uyğunlaşma ehtiyacı var. ABA və onun nəzdində fəaliyyət göstərən 12 ekspert qrupu sektorun qeyd olunan istiqamətlərdəki inkişafına dəstək vermək üçün çalışır.

 

Yeni dövrdə biznesin maliyyələşdirilməsi, məhz yuxarıda sadalanan çağrışlara necə həllər təklif edəcəyimizdən asılı olacaq. Ümidvaram ki, dövlət qurumları, bank sektoru və biznes icması bu cür platformalarda bir araya gəlmək və çağırışlara cavab axtarmaqla, fikir və təcrübə mübadiləsi aparmaqla effektiv həll yolları tapacaqlar”, - deyə Y.Abdulov əlavə edib. 

 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

© Report

30.11.2018 11:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ