Ukrayna Rusiya ilə 40-a yaxın müqaviləni ləğv edəcək
Ukrayna Rusiya ilə 40-a yaxın müqaviləni birtərəfli qaydada ləğv edəcək.
Bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin yerli telekanala müsahibəsində bildirib.
Onun sözlərinə görə, Kiyev artıq Moskva ilə 48 müqaviləni ləğv edib: "Bir müddət əvvəl Rusiya ilə Ukrayna arasında 375 müqavilə olub. 1992-ci ildə Rusiya ilə qurulan diplomatik münasibətlərin kəsilməsini müdafiə edirəm. Hesab edirəm ki, Rusiya Federasiyası ilə diplomatik münasibətlər bizə lazım deyil. Müharibəyə qədər mövcud olmuş münasibətlərin heç bir mənası yoxdur”.
P.Klimkin deyib ki, rəsmi Kiyev Rusiya ilə Ukrayna arasında “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında” müqaviləni uzatmayacaq: “Prezident Petro Poroşenko məsələ ilə bağlı uyğun sərəncam imzalayıb. Bununla bağlı nota BMT-nin Baş katibi Antoniu Quttereşə təqdim olunub. 2019-cu il martın 31-dən iki dövlət arasında bağlanmış bu müqavilə qüvvədən düşəcək”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
3 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl