Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“5500 pul veririk, müəllim uşaqlara “tupoy” deyir” - “EVRİKA”DAN ŞİKAYƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
“5500 pul veririk, müəllim uşaqlara “tupoy” deyir” - “EVRİKA”DAN ŞİKAYƏT

Övladları "Evrika” liseyinin 6 D sinfində təhsil alan bir qrup valideyn dərs prosesindən narazı olduğu üçün redaksiyaya müraciət edib. 

 

Valideynlər bildiriblər ki, lisey rəhbərliyi onların şikayətlərinə biganə yanaşır:

 

"Özəl liseydə təhsil daha keyfiyyətli olar deyə övladımızı bu təhsil müəssisəsinə qoymuşuq. İldə nə az, nə çox 5500 manat pul ödəyirik. Otaqlarda kamera sistemi var və dərsləri onlayn izlədiyimiz zaman dəfələrlə sinifdə özbaşınalığın olduğunu, uşaqların müəllimə məhəl qoymadığını görmüşük. Sinif rəhbərlərinin yaşı 60-dan çoxdur, uşaqları sakitləşdirə bilmir. Müəllimlərin dərs davamiyyəti də çox aşağıdır, boş dərslər əvəz olunmur. Musiqi müəlliməsi hər dəfə sinfə girəndə uşaqlara "tupoy” deyir. Direktora, köməkçilərinə müraciət edirik, şikayətimizə baxılmır”.

 

Valideynlər liseydə müşahidə etdikləri problemlərlə bağlı Təhsil Nazirliyinə də müraciət edib. Qurumdan cavab olaraq bildirilib ki, onlar özəl liseylərə cavabdeh deyil.

 

Şikayətlə bağlı liseyin direktoru Ofeliya Muradova ilə əlaqə saxlayıb. Direktor valideynlərin narazılıqlarının haqsız olduğunu, liseydə bütün valideyn şikayətlərinin dinlənildiyini bildirib:

 

"Valideynlər tərəfindən yönləndirilmiş bütün suallara baxırıq və cavab veririk”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

©  "Qafqazinfo”

30.11.2018 13:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ