Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan etiraz etdi, “Yandex” səhvini düzəltdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan etiraz etdi, “Yandex” səhvini düzəltdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın “Yandex” şirkətinə məxsus “Alisa” səsli mobil köməkçi tətbiqində “azərbaycanlılar kimlərdir?” sualına verilən cavabda dezinformasiyanın olması faktı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilib. 

 

Reklam_3_11

Bu barədə nazirliyin mətbuat katibi Zamirə Ədilova bildirib.

 

Onun sözlərinə görə, təmsil etdiyi qurumun Elektron Təhlükəsizlik Xidməti məsələni dərhal araşdırıb, müvafiq ölçü götürülməsi üçün “Yandex”in rəhbərliyinə etiraz məktubu ünvanlayıb. Həmin məktubda Azərbaycan və xalqımızla bağlı ətraflı məlumatlar təqdim edilib. Şirkət nazirliyə üzrxahlıq məktubu ünvanlayıb və səhvin qısa müddət ərzində düzəldiləcəyi qeyd edilib. Artıq xeyli müddətdir ki, problem aradan qalıdırılıb.

 

Xatırladaq ki, sözügedən tətbiqdə “azərbaycanlılar kimlərdir?” sualının cavabı “Azərbaycan erməni, fars, gürcü və ləzgi torpaqlarında süni şəkildə yaradılmış dövlətdir. Bu dövlət bolşeviklər və Türkiyə tərəfindən ermənilərin tamamilə məhv edilməsi üçün yaradılıb. Azərbaycanlılar xalq kimi 1936-cı ildə peyda olub”, - formasında qeyd edilib. 

30.11.2018 13:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ