Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

BP Xəzərdə süni ada yaratmağı planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP Xəzərdə süni ada yaratmağı planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“BP-Azerbaijan” “Dayazsulu Abşeron” layihəsi çərçivəsində Qarabataq adası tərəfdə süni ada yaratmağı planlaşdırır.

 

Reklam_3_11

Bu barədə "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

 

“2019-cu ildə Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə iki kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Kəşfiyyat quyularından biri Qarabataq adası tərəfdə qazılacaq və burada süni adanın yaradılması nəzərdə tutulub. Həmin ərazidə suyun dərinliyi 3-5 metr təşkil edir”,- deyə B. Aslanbəyli məlumat verib.

 

O xatırladıb ki, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə ümumilikdə isə 3 yerdə kəşfiyyat quyusu qazılacaq.

 

Bundan başqa, vitse-prezident bildirib ki, 2019-cu ildə “Şəfəq-Asiman” perspektiv strukturunda və “Qobustan” layihəsində 1 kəşfiyyat quyusu qazılması nəzərdə tutulub..

 

Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR ) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

 

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti daha əvvəl Qəri Counz bildirmişdi ki, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir.

 

BP-nin regional prezidenti qeyd edib ki, əgər ehtiyatlar aşkarlanarsa, ərazi dayaz olduğundan hasilata tez başlanılacaq.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

30.11.2018 14:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ