Daha 5 bank ipoteka krediti verəcək
"Azərbaycan İpoteka Fondu” (AİF) ASC agent banklarının sayını artırıb. Bu barədə fonddan məlumat verilib.
““Dəmirbank”, Azərbaycan Beynəlxalq Bankı (ABB), “Bank of Baku”, “AtaBank” və “Muğanbank” AİF-in agent bankları olub", - deyə məlumatda bildirilir.
Beləliklə, fondun agent banklarının sayı 21-ə çatıb.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 100 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil, müddət 30 ilə qədərdir. İlkin ödəniş 15% təşkil edir.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
11 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
12 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
12 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 13 saat əvvəl