Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Turizm və otelçilik ilə bağlı yeni Anlaşma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Turizm və otelçilik ilə bağlı yeni Anlaşma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotellər Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Reklam_3_11

Dövlət Turizm Agentliyindən bildirilib ki, memoranduma əsasən tərəflər hotellərdə xidmət keyfiyyətinin yüksəldilməsi, müştərək layihələrin hazırlanması, turizm statistikası və araşdırmaları barəsində məlumat mübadiləsinin aparılması kimi məsələlərdə əməkdaşlıq edəcəklər.

 

Razılaşmada Azərbaycanın cəlbedici və uğurla inkişaf edən turizm destinasiyasına çevrilməsində, milli turizm brendinin beynəlxalq marketinq və təşviqat kampaniyalarının aparılmasında tərəflərin birgə fəaliyyət göstərməsi nəzərdə tutulur.

 

Azərbaycan Hotellər Assosiasiyası, həmçinin hotelçilik üzrə mütəxəssislərə olan tələb və ehtiyacları araşdırmağı, orta və peşə təhsili səviyyəsində turizm üzrə təhsilin inkişafına töhfə verməyi öhdəsinə götürür.

 

Müqavilədə Azərbaycan Hotellər Assosiasiyasının HOTREC (Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyası) təşkilatına və HOTREC təşkilatı yanında fəaliyyət göstərən Avropa hotel təsnifatı sistemi olan "Hotelstars Union"a üzv olması, daha sonra milli hotel təsnifat sistemini formalaşdıraraq tətbiq etməsi məsələsi də qeyd olunur. Azərbaycan Turizm Bürosu isə ölkədə hotel təsnifat standartlarının beynəlxalq təcrübə əsasında inkişafında və tətbiqində Azərbaycan Hotellər Assosiasiyasını əsas tərəfdaşı kimi qəbul edir.

 

Qeyd edək ki, Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası dekabrın 4-də təşkil olunacaq. Baş Assambleya ölkə üzrə hotelçilik sənayesinin əsas iştirakçılarını bir araya toplayaraq bu sahədə mövcud potensialı inkişaf etdirmək və çatışmazlıqları aradan qaldırmaq üçün müzakirə platforması rolunu oynayacaq.

02.12.2018 17:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ