İnsanlar kimi balalarını bəsləyən və baxan hörümçək növü tapılıb

Çində balalarını südlə bəsləyən hörümçək növü tapılıb. Laboratoriya şəraitində aparılan tədqiqatda ana hörümçəklərin balalarını südə bənzər bir maddə ilə bəslədiyi və 40 günə qədər baxdığı müşahidə olunub.


 
Çin alimləri insanlar kimi balalarını südlə bəsləyən və onlara kamillik dövrünə qədər baxan hörümçək növü tapıb.
 

"Marja" "Şinhua" agentliyinə istinadən xəbər verir ki, Çin Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Şişuangbanna Nəbatat Baxçasından tədqiqatçılar Cənubi Asiyada qarışqaya bənzəyən, yuvalarda yaşayan və tullanan "Toxeus Maqnus" adlı hörümçək növünü kəşf edib.
 

Laboratoriya şəraitində 19 fərqli yuvada 187 hörümçək balası üzərində aparılan araşdırmalarda, ana hörümçəklərin südə bənzər bir maddə ilə bala hörümçəkləri bəslədiyi və körpələr yetkinliyə çatana qədər onlara baxdığı aşkar edilib.
 

Balaların ilk 20 gün ərzində yerə tökülən südə bənzər maddəni içdiyi və ana hörümçəyin qarın bölgəsindəki bir bölgəni əmdiyi müşahidə olunub.
 

Həmçinin 20 - 40 gün arasında bala hörümçəklərin də həm ov etdiyi, həm də ana südü ilə qidalanmaya davam etdiyi müəyyən edilib. Yetkinliyə çatma müddəti olan 40 gündən sonra isə yalnız dişilərin ana hörümçəklərin yanında qaldığı, erkək körpələrin isə sıxışdırılıb yuvanı tərk etməyə  məcbur edildiyi öyrənilib.
 

Araşdırmanı idarə edən  Çın Çanci, araşdırmanın, tədqiqatçıları başda onurğasız olmaqla, heyvanlar arasında valideynlik tərzini yenidən qiymətləndirməyə təşviq etdiyini deyib.
 

Onurğasız heyvanlar, dünyadakı növlərin 95%-ni təşkil edir. Tədqiqat ABŞ-ın "Science" jurnalında dərc olunub.

3 Dekabr 2018 , 05:57   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin