Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ticarət müharibəsində "atəşkəs" qərarı qlobal bazarlarda risk iştahını artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ticarət müharibəsində "atəşkəs" qərarı qlobal bazarlarda risk iştahını artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, Argentinada ABŞ Prezidenti Donald Tramp və Çin başçısı Şi Cinping  görüşüb. Görüşdə ticarət müharibəsində "atəşkəs" elan olunmasına qərar verilib. Qərarın ardından qlobal bazarlarda risk iştahı artıb (investorlar riskli aktivləri alırlar).

 
"Marja" xəbər verir ki, Avstraliya Dolları və Çin yuanı Vaşinqton və Pekin arasında G20-dəki görüşdən çıxan "atəşkəs" qərarından sonra güclənib.
 

ABŞ Prezidenti Donald Tramp və Çin dövlət başçısı Şi Cinping ticarət müharibəsini bir müddət dayandırmaq, yeni vergilər tətbiq etməmək və danışıqları dərinləşdirmək məsələsində razılığa gəliblər. Analitiklər bildirirlər ki, bu, görüşdən çıxmasına ümid edilənən müsbət nəticədir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

S&P 500 İndeksi 1.5% yüksəlib, Avstraliya və Türkiyə, Cənubi Afrika və Meksikanın pul vahidləri dəyər qazanıb. Sidneydən Şanxaya qədər səhmlər bahalaşıb. 
 
 
 Yaponiyanın Topix İndeksi 1.5 faiz artıb.
 
 Honq Konq Hang Seng İndeksi 2.7 yüksəlib.
 
 Cənubi Koreyanın Kospi İndeksi 1.8 faiz artıb.

03.12.2018 05:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ