Azərbaycan və Türkiyə üçüncü ölkələrin bazarına birgə çıxacaq
Azərbaycan və Türkiyə üçüncü ölkələrin bazarına birgə çıxmaq niyyətindədir.
Bunu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin bu gün Bakıda keçirilən VIII iclasında bildirib.
"Azərbaycanın Rusiya və Mərkəzi Asiya bazarlarına, Türkiyənin isə Avropa və Balkan yarımadası ölkələrinə çıxışı var. Bu məsələ bugünkü iclasda müzakirə ediləcək. Hesab edirəm ki, iki ölkə olaraq kənd təsərrüfatı sahəsində bu istiqamətdə ciddi işlər həyata keçirməliyik", - deyə İ.Quliyev əlavə edib.
İ.Quliyev qeyd edib ki, sabah Azərbaycan və Türkiyə iş adamlarının Bakıda iştirak edəcəyi biznes forumun keçirilməsinin məqsədi iki ölkənin birgə əməkdaşlığı, birgə müəssisələrinin yaradılması, idxal-ixrac əməliyyatlarının artırılması, habelə təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Türkiyənin Avropa İttifaqı və Xarici Əlaqələr İdarəsinin rəisi Əli Rəcəb Nazlı Azərbaycan-Türkiyə biznes-forumunun mövcud ikitərəfli münasibətlər, ticarət əlaqələri, habelə texniki yardım bə dəstəyin daha da artmasına təkan verəcək.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
4 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
6 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl