Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Elmed” Tibb Mərkəzindən cinayət işinə münasibət

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Elmed” Tibb Mərkəzindən cinayət işinə münasibət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Elmed” Tibb Mərkəzi cərrah Məhəmməd Neciyevə qarşı cinayət işinin başlanması ilə bağlı məlumata münasibət bildirib.

 

Klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Osmanov  açıqlamasında bildirib ki, hadisə oktyabrın 4-də baş verib: "Faktla bağlı dərhal cinayət işi başlanıb və istintaq aparılıb. M.Neciyev "Elmed" Tibb Mərkəzində müqavilə əsasında işləyib. Hadisədən sonra isə onunla "Elmed" Tibb Mərkəzi arasında bağlanan müqaviləyə xitam verilib. Oktyabr ayının 6-dan etibarən M.Neciyevin tibb mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Artıq 3 aydır ki, adıçəkilən cərrahla əməkdaşlıq etmirik".

 

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu bu il oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə “Elmed” Tibb Mərkəzinə daxil olub və əməliyyata götürülüb.

 

H.Əliyev saat 13 radələrində əməliyyatdan çıxıb və həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin (CM) 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. M.Neciyev Himayil Əliyevin ölümündə səhlənkarlıq etməkdə günahlandırılıb.

 

Artıq M.Neciyevin cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Trend

03.12.2018 09:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ