Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 8 yanvar tarixində keçiriləcək.

 

Əmlak Məsələləri Dövlət Komitəsindən “Marja”ya daxil olmuş məlumata görə, 2019-cu ilin ilk hərracına ümumilikdə 147 dövlət əmlakı çıxarılıb. Onlardan 87-si kiçik dövlət müəssisə və obyekti, 43-ü qeyri-yaşayış sahəsi, 17-si isə səhmdar cəmiyyətidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2 min 634 kv.m arasındadır. Bu kateqoriyadan olan dövlət əmlakları paytaxtla bərabər, Gəncə, Şəmkir, Ağdaş və digər regionlarda yerləşir. Sumqayıt şəhəri, Bağlar massivi, Dəniz kənarındakı restoranın ümumi faydalı sahəsi 442.5 kv.m-dir. Yerləşdiyi ərazi, fəaliyyət sahəsi baxımından gəlirli olan xidmət obyekti torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Yevlaxda mehmanxana, "Aztexsənaye" Kiçik Dövlət Müəssisəsi, Göygöldə sanatoriya, Şəmkirdə zavod filialı, Gəncədə istehsal sexi də yüksək ümumi faydalı sahəsi olan dövlət əmlaklarıdır.

 

Müxtəlif xidmət sahələri üzrə kiçik biznesə başlamaq istəyənlər qeyri-yaşayış sahələri üzrə seçim edə bilər. Hərraca çıxarılan bu növ dövlət əmlaklarının 30-u Bakıda, digərləri isə Daşkəsən, Sumqayıt, Gəncə, Tərtər kimi şəhər və rayonlardadır. Ümumi faydalı sahəsi 12 kv.m və 214 kv.m intervalında olan obyektlərdən biri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 67.9 kv.m-dir. İnvestor üçün gəlirli ola biləcək digər bir qeyri-yaşayış sahəsi Tərtər şəhəri, Nizami küçəsindədir. Obyektin ümumi faydalı sahəsi 68.5 kv.m-dir.

 

Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ümumi səhmlərinin 30%-45%-lik səhm paketləri özəlləşdiriləcək dövlət əmlakları Lənkəran, Şirvan, Xaçmazla yanaşı, digər şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan səhmlərin ilkin qiyməti 6 min 251 manat və 125 min 992 manat arasındadır.

 

Tam elektronlaşmış hərrac prosedurlarından istifadə edərək prosesə qoşulmaq istəyənlər komitənin informasiya resurslarına müraciət edə bilər. Belə ki, hər kəs rəsmi sayt (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə edərək onlayn formada seçdiyi əmlakın sifarişçisinə çevrilə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi investorları, sahibkarları, iş adamlarını və əmlak sahibi olmaq istəyən hər kəsi hərraclarda fəal iştiraka dəvət edir.

03.12.2018 09:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ