Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Əmanəti mənimsəməyə cəhd etmiş bank əməkdaşının məhkəməsi başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmanəti mənimsəməyə cəhd etmiş bank əməkdaşının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində "Bank of Baku"da əmanətçinin külli miqdarda pulunu oğurlamağa cəhd etməkdə təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Qeyd edək ki, Elqar Vəliyev əmanəti mənimsəməyə cəhd edərəkən Bank tərəfindən ifşa edilib və hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanına müraciət edilib. "Bank of Baku" Elqar Vəliyevi dərhal vəzifəsindən azad edib. 

 

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin baxış iclası dekabrın 4-nə təyin edilib.

 

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib. E.Vəliyev əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürməyə cəhd edib. 

 

Xatırladaq ki, E.Vəliyev bankın texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

03.12.2018 11:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ