"Bazarın 48 faizinə nəzarət edirik"
Azercell Telekom 2016-cı ildə telekommunikasiyanın inkişafına 31,2 milyon ABŞ dolları sərmayə yatırıb.
"Marja"xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azercell-in prezidenti Vahid Mürsəliyev bildirib.
"Bununla da 20 il ərzində yatırdığımız sərmayələrin cəmi məbləği 1 milyard 443 milyon dollara çatıb" - o deyib.
Vahid Mürsəliyev qeyd edib ki, Azercell mobil rabitə bazarının 48 faizinə nəzarət edir. Əvvəlki illərdə bu nisbət 50 faizdən çox idi.
Şirkətin prezidenti qeyd edib ki, Azercell abunəçilərinin sayı 4,5 milyonu keçir. 2015-ci ilin sonunda Azercell abunəçilərinin sayı 4,5 milyona yaxın idi.
"Ötən il müəyyən iqtisadi çətinliklər olsa da biz uğurlu nailiyyətlər əldə etdik. Azercell-də vəziyyət stabildir",- V. Mürsəliyev bildirib.
Ötən il Azercell dövlət büdcəsinə 175,1 milyon manat vergi ödəyib. Şirkət 2015-ci ildə dövlət büdcəsinə 123 milyon manat vergi ödəmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
5 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
5 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
6 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
6 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 6 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
7 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl