Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Qətərin OPEC-i tərk etməsi Vyanada qərarın qəbulunu çətinləşdirə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qətərin OPEC-i tərk etməsi Vyanada qərarın qəbulunu çətinləşdirə bilər"

Qətərin Neft İxrac Edən Ölkələr Birliyini (OPEC) tərk etməsi bu təşkilatın dekabrın 6-da Vyanada (Avstriya) keçirilməsi nəzərdə tutulan iclası zamanı hasilatın həcmi ilə bağlı qərarın qəbulunu çətinləşdirə bilər.

 

Reklam_3_11

Rusiya xəbər verir ki, bunu “Fitch” beynəlxalq reytinq agentliyinin korporasiyalar şöbəsinin rəhbəri Dmitri Marinçenko bildirib.

 

“Görüşdə razılığa gəlmək daha çətin olacaq, amma OPEC üzrə hasilatda heç 2% payı olmayan Qətərin təşkilatda üzvlüyünü dayandırması həcm baxımından elə də xatalı deyil”, - deyə ekspert qeyd edib.

 

Bununla belə “Fitch” rəsmisi Rusiya və Səudiyyə Ərəbistanının OPEC+ mexanizmini qoruyub saxlayacağını, həmin format üçün hansısa təhlükənin ağlabatan olmadığını vurğulayıb.

 

“Biz əvvəlki kimi OPEC-in hazırkı səviyyəyə nisbətən hasilatı bir qədər azaltmaq qərarını verəcəyini düşünürük. Bu, bazardakı mövcud kəsiri azaltmaq, qiymətləri sabitləşdirmək imkanı yaradacaq”, – deyə D.Marinçenko əlavə edib. 

 

Qeyd edək ki, 57 ildir OPEC üzvü olan Qətər 2019-cu il yanvarın 1-dən təşkilatı tərk edir.

03.12.2018 14:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ