Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan-Rusiya rabitə operatorlarının görüşü keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan-Rusiya rabitə operatorlarının görüşü keçirilib

Bu gün rabitə operatorlarının rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib.

 

Reklam_3_11

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə,görüşə Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və Rusiya Federasiyasının Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müşaviri  Mixayıl Mamonov başçılıq edib.

 

Tədbirdə Azərbaycan və Rusiya tərəfindən mobil rabitə və telekommunikasiya şirkətlərinin rəhbərləri, eləcə də səlahiyyətli şəxsləri iştirak edib.

 

Görüşdə mobil rabitə, telekommunikasiya və poçt sahəsində Azərbaycan-Rusiya arasında səmərəli əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Mobil rabitənin keyfiyyətinə nəzarət, beynəlxalq rouminq tariflərinin aşağı salınması, hər iki ölkənin mobil operatorlarının birgə koordinasiyalı fəaliyyəti və bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə bir daha Rusiyaya məxsus mobil operatorların Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətinin qarşısının alınmasının vacibliyi vurğulanıb.

 

Eyni zamanda, Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin tam həcmdə, yüksək keyfiyyətli birbaşa kanallarla ötürülməsi qeyd edilib.

 

Poçt sahəsində elektron ticarət mübadiləsinin genişləndirilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində də danışıqlar davam etdirilib.

 

Mobil rabitə şəbəkələrində beynəlxalq telefon trafikinin qanunsuz istifadəsinin qarşısını almaq üçün “SİM-box” qurğuları ilə birgə mübarizə məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

03.12.2018 15:09

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ