Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tramp elektrikli avtomobillərə verilən təşviqləri dayandıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp elektrikli avtomobillərə verilən təşviqləri dayandıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ağ Evin İqtisadiyyat şöbəsinin sədri Larry Kudlow, ABŞ Prezidenti Donald Trampın elektrikli avtomobillərə verilən təşviqləri ləğv etməyi planlaşdırdığını deyib.


 

Kudlow, ABŞ-ın avtomobil nəhəngi "General Motors"un (GM) ölkədəki bəzi zavodlarını bağlamaq qərarı verməsindən sonra aparılan araşdırma barədə jurnalistləri məlumatlandırıb.
 

"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın, sələfi Barak Obamanın elektrikli avtomobillər və digər "yaşıl" təşəbbüslər üçün başlatdığı dövlət stimullarını ləğv etmək istədiyini bildirən Kudlow, "Siyasət olaraq bu cür təşviqlərin hamısını ləğv etmək istəyirik" deyib.

 

Kudlow, sadəcə GM-yə verilən təşviqlərin kəsilməsinin mümkün olmadığını bildirib və stimulların ümumi olaraq 2020 və ya 2021-ci illərdə dayandırılacağını dilə gətirib.
 

GM, ötən həftə verdiyi açıqlamada, 4-ü ABŞ-ın Miçigan, Merilend və Ohayo ştatlarında və biri Kanadanın Ontario əyalətində olmaqla 5 istehsal müəssisənin gələn il ərzində bağlanılacağını və işçi sayını 15 faiz azaldılacağını açıqlamışdı.
 

ABŞ Prezidenti Donald Tramp, GM-i "bütün təşviqləri kəsməklə" təhdid etmişdi. "General Motors"un İcraçı direktoru Mary Barra, "Ohayo, Miçigan və Merilend zavodlarını bağlamaq qərarı məni çox məyus edir. Meksika və Çində isə bağlanan heç bir şey yoxdur. ABŞ, GM-i xilas etdi və aldığımız təşəkkür budur. İndi elektrikli avtomobillər daxil GM-ə verilən bütün təşviqləri kəsməyi qiymətləndiririk",-ifadələrini işlətmişdi.

04.12.2018 05:18

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ