Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda hotelçilikdə yeni ulduz milli təsnifat sistemi tətbiq olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda hotelçilikdə yeni ulduz milli təsnifat sistemi tətbiq olunacaq

Azərbaycanda hotelçilik sahəsində yeni ulduz milli təsnifat sistemi tətbiq olunacaq.

 

Bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda hotelçilik sahəsində ulduz verilməsi sistemində problemlər mövcuddur. F.Nağıyev bununla yanaşı, hotellərdə mövsümilik probleminə də diqqət çəkib. Agentlik sədri deyib ki, bunun aradan qaldırılması üçün müvafiq işlər görülür.

 

F.Nağıyev əlavə edib ki, Bakıda və regionlarda nisbətən daha kiçik olan hotellərin fəaliyyətini stimullaşdırmaq üçün də tədbirlər görülür: "Azərbaycanda turizm sahəsinin inkişafı üçün işlər görülüb, amma həlli vacib olan işlər də var. Turizm sahəsində hotelçilik əsas yer tutur. Hotelçilik sahəsində gözəçarpan ən əsas amil xidmətdir. Bu sahədə problemlər mövcuddur, onların həlli üçün işlər görülür".

 

Turizm sahəsi üçün kadr hazırlığı istiqamətində də işlərin aparıldığını deyən sədr qeyd edib ki, Azərbaycanda mövcud olan hotelçilik sahəsinin Avropa standartlarına uyğunlaşdırılması əsas məsələlərdən biridir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Trend

04.12.2018 08:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ