Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Uşaq bağçaları ilə bağlı islahatlar aparılacaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Uşaq bağçaları ilə bağlı islahatlar aparılacaq”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Hazırda Bakıda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə başçısı İlham Əliyevin sərəncam və tapşırıqları, həmçinin Heydər Əliyev Fondu tərəfindən son illər ərzində Bakı şəhərində 6 yeni uşaq bağçası, 3 bağça üçün əlavə korpus tıkilib, 16 bağça sökülərək yenidən tikilib, 206 bağça isə əsaslı təmir olunub. Bütün bu bağçalar hər cür lazımi avadanlıq və inventarlarla təchiz olunub. Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar nəticəsində paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilərək onların əsaslı təmiri ilə bağlı tədbirlər hazırlanır”.

 

Reklam_3_11

Bunu Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunmuş seminar-müşavirədə deyib.

 

O qeyd edib ki, paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, metodiki göstərişlərə, gün rejimi normalarına, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, onlarda vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, fiziki tərbiyə məşğələlərinə, xüsusilə səhər gimnastikasının keçirilməsinə, estetik tərbiyə ilə bağlı həyata keşirilən tədbir və məşğələlərə, uşaqların bir şəxsiyyət kimi formalaşmasına yönəldilən tədbirlərə diqqətin artırılması, pedaqoji işçilərin yerləşdirilməsi və onların biliklərinin atrırılması, bağçalarda tərbiyəçi-uşaq münasibətlərinə, uşaqlara xususi qayğı ilə yanaşma və s. məsələlərə toxunub.

 

O bildirib ki, şəhər rəhbərliyi tərəfindən bu müəssisələrin fəaliyyəti və buradakı bütün məsələlər ciddi nəzarətə alınıb və bütün sahələr üzrə yeniliklər və islahatların aparılması planlaşdırılıb.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

04.12.2018 08:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ