Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Hotellərə yeni ulduzlar gələn il təqdim olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hotellərə yeni ulduzlar gələn il təqdim olunacaq

Gələn il sentyabr-dekabr ayları ərzində hotellər üçün yeni ulduz təsnifatlaşdırma sistemi tətbiq olunacaq. Dekabr ayında isə hotellərə ulduzlar təqdim olunacaq.

 

Reklam_3_11

Bunu yeni yaradılan Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam bu qurumun Birinci Baş Assambleyasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, hotellərin milli təsnifat sistemində şəffaflıq və davamlılığının təmin edilməsi üçün kənar təftiş komissiyaları cəlb ediləcək: "Hər kəs soruşur ki, təsnifatlaşdırma hansı formada şəffaf keçiriləcək. Bunun üzərində işləyirik. Növbəti Assambleyada bunu açıqlayacağıq. Sistemin neytrallığını və obyektivliyini təmin etmək üçün bütün yoxlamalar Azərbaycan Hotel Assosiasiyasında təlim keçmiş və təsdiqlənmiş iki təcrübəli hotelçi tərəfindən aparılacaq".

 

Artıq 36 hotelin AHA-ya üzv olduğunu xatırladan G.Sağlam əlavə edib ki, 2019-cu il üçün Assosiasiyaya üzvlük haqları alınmayacaq. 2020-ci ildən başlayaraq isə müxtəlif kateqoriyalara uyğun olaraq üzvlük haqları müəyyən olunacaq.

 

G.Sağlam qeyd edib ki, gələn il may ayında hotel təsnifatı sistemi üzrə komissiya təşkil olunacaq. İyun-avqust aylarında hotellər üçün ulduz təsnifatı ilə bağlı təlimlər təşkil olunacaq: "Yəni biz dərhal yeni hotel təsnifat sistemini tətbiq etməyəcəyik. İlk olaraq, hotellər üçün təlimlər keçiriləcək. Bu gün Azərbaycanda 500-600 hotelimiz var. Onların hamısına bu barədə məlumat verəcəyik. Buna görə də biz Bakı və regionlardakı bütün hotelçiləri toplayacağıq".

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Trend

04.12.2018 08:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ