Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR Avro-5 standartlı benzinin istehsalına nə vaxt başlayacaq?

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Avro-5 standartlı benzinin istehsalına nə vaxt başlayacaq?

Avro-5 standartlı benzinin istehsalı təxminən 2021-ci ilin əvvəlindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda mümkün olacaq. 

 

Reklam_3_11

Bunu açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

 

“Dizel kompleksinin modernləşdirilməsi işlərinin 2020-ci ilin sonlarında başa çatdırılması nəzərdə tutulub, Avro-5 standartlı benzinin istehsalı isə 2021-ci ilin əvvəlindən mümkün olacaq”, - Əhmədov bildirib. 

 

Onun sözlərinə görə, modernləşdirmə daxili bazarı Avro-5 yanacağı ilə təmin etməyə imkan verəcək. 

 

“Buraya ilk növbədə dizel yanacağı daxildir. Modernləşdirmə 92-95-98 oktanlı, Avro-5 standartlı benzinin və digər məhsulların istehsalına da imkan verəcək”, - Əhmədov deyib.  

 

O əlavə edib ki, son illər Azərbaycanda yanacağa olan tələbata görə istehsal olunan məhsulların əsas həcmi daxili bazar üçün nəzərdə tutulub.

 

Əhmədov qeyd edib ki, istehsal olunan məhsullar daxili bazarda tələbatı tam ödəyəcək, qalan hissə isə ixrac olunacaq.

 

Xatırladaq ki, hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda modernləşmə işləri həyata keçirilir və işlərin 2021-ci ildə yekunlaşdırılması proqnozlaşdırılır. Modernləşdirmədən sonra zavodun istehsal gücü illik 6 milyondan 8 milyon tona, istismar müddəti 2040-ci ilə qədər artırılacaq. 

 

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda modernləşdirmə işlərinin dəyəri 2,2 milyard dollar qiymətləndirilib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Trend

04.12.2018 10:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ