Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Buta Airways”in donanmasına daha bir təyyarə əlavə olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Buta Airways”in donanmasına daha bir təyyarə əlavə olundu

 Azərbaycanın loukost aviaşirkəti “Buta Airways” donanmasına daha bir yeni “Embraer E-190” təyyarəsi əlavə etmişdir. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilmişdir.

 

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, yeni təyyarə aşağı büdcəli aviadaşıyıcının donanmasında sayca səkkizincidir və aviaşirkətin uçuş cədvəlinə daha çox tələbat olan istiqamətlərə əlavə reysləri əlavə etməyə imkan verəcək.

 

"Donanmanın yeni təyyarələrlə artırılması “Buta Airways”-in marşrut şəbəkəsini daha da genişləndirməyə imkan verəcək. Biz sevinirik ki, milli loukost aviaşirkət Azərbaycan vətəndaşları və ölkəmizə gələn turistlər arasında böyük tələbata malikdir. “Buta Airways”-in reyslərinin və istiqamətlərinin sayının artırılması ölkəmizdə turizmin inkişafına daha çox kömək olacaq", - AZAL-ın prezidenti Cahangir Əsgərov bildirmişdir.

 

“Buta Airways”-in yeni təyyarəsi Ağdam şəhərinin adını daşıyır.

 

Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanmışdır.

 

Qeyd edək ki, aviaşirkət artıq yay uçuş cədvəli üzrə bir çox istiqamətlərə -  Sofiya, Alanya, Sankt-Peterburq və digər şəhərlərə aviabiletlərin satışına başlamış, həmçinin İzmirə aviareyslərin sayını həftədə üç dəfəyədək artırmışdır.

 

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

 

Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlar yerinə yetirir.

 

Yeni “Embraer E-190” təyyarəsinin qarşılanması haqqında videoçarx 

 

04.12.2018 11:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ