Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qida məhsullarının etiket qaydaları - VİDEO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qida məhsullarının etiket qaydaları - VİDEO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıların maarifləndirilməsi üçün yeni videoçarx yayıb.

 

Reklam_3_11

Qida məhsulları alarkən etiket məlumatları ilə tanış olmağın zəruriliyi diqqətə çatdırılan videoçarxda etiketləmə haqqında qida məhsulları istehsalçılarının əməl etməli olduğu və istehlakçıların mütləq şəkildə diqqət yetirmələri vacib məlumatlar öz əksini tapır.

 

Təqdim olunan yeni videoçarxda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərə qanunvericiliyin tələblərinə əməl etmək və istehlakçı hüquqlarının təmin olunması üçün istehlakçıların özlərinə prosesdə fəal iştirak etmələri tövsiyə olunur.

 

Bildirilir ki, “Yeyinti məhsulları” haqqında Azərbaycan Respublikasının qanununa əsasən, istehsalçılar istehsal etdikləri məhsulları texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun qablaşdırmalı və etiketləşdirməlidirlər. Etiketdə məhsulun adı, növü və tərkibi, miqdarı, qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar əks olunmalıdır. 

 

Agentlik əhalinin qida təhlükəsizliyi sahəsində məlumatlılığını artırmaq üçün bundan sonra da maarifləndirici videoçarxların hazırlanması və təqdim olunmasını mütəmadi şəkildə davam etdirəcəkdir.

 

AQTA qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirlərində fəal iştirakına və dəstəyinə görə “Veysəloğlu” Şirkətlər Qrupuna  təşəkkür edir.

 

Videoçarx 

04.12.2018 12:02

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ