Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Acer” Azərbaycanda fokusunu yüksək gəlirli seqmentə doğru dəyişir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Acer” Azərbaycanda fokusunu yüksək gəlirli seqmentə doğru dəyişir

“Acer” Azərbaycanın geyminq və ultrabuk seqmentini hədəfə alıb


 

Kompüter istehsalı üzrə dünya liderlərindən biri sayılan “Acer” şirkəti Bakıda mətbuat konfransı keçirib. Tədbirdə şirkətin ilk dəfə Berlində “IFA 2018” 58-ci beynəlxalq sərgi çərçivəsində təqdim edilən yeni məhsulları nümayiş olunub.

 

“Acer”in vitse-prezidenti Qriqori Nizovski Azərbaycan bazarı üzrə şirkətin yeni strategiyası barədə məlumat verib.  Onun sözlərinə görə, “Acer” Azərbaycanda fokusunu yüksək gəlirli seqmentə doğru dəyişir.

 

“”Acer” insan və texnologiya arasında maneə saxlamayan bir gələcək yaradır. Kommunikasiya naminə azadlıq və vüsət – şirkətin əsəs strategiyasıdır. Geniş noutbuk çeşidi istənilən istifadəçiyə ideal həlli tapmaq üçün imkan yaradır. Oyun noutbukları isə geymerlərə öz otağlarından çıxıb, məşqlərini park və ya kafelərdə keçirməyə imkan verir. Dünya hər gün dəyişir, biz isə istifadəçilərimizin öz mühüm məsələlərini olduqca asan və səmərəli həll etmələri üçün məhsullarımızı təkmilləşdiririk”, - deyə Qriqori Nizovski bildirib.

 

Mətbuat konfransı zamanı “Acer” şirkəti həm peşəkar kiberidmançılar, həm də həvəskar geyməerlər üçün nəzərdə tutulmuş “Predator” yeni peşəkar oyun xəttini, “NITRO” büdcəli oyun seriyasını, stolüstü kompüterləri, monitorları və qacetləri təqdim edib. Tədbirdə əlavə olaraq “MR headset”, virtual və qarışıq reallıq və proyektorlar sahəsinə aid qabaqcıl həllər nümayiş olunub və məlumat verilib.

 

Ultranəzik seqmentdə “Acer” şirkəti “Switch”, “Spin” və “Swift” xətləri üzrə geniş model diapazonu təklif edir. “Spin 1” transformeri isə planşetə əla alternativ ola bilər. “Swift 3” aktiv həyat tərzi sürən müasir istifadəçilər üçün istehsal olunub. Ultrayüngül və güclü “Swift 5” isə biznes istifadəçilər üçün nəzərdə tutulub. Çərçivəsiz displeyə malik “Swift 7” – dünyanı ən nəzik noutbuku sayılır.

 

Tədbirdə, həmçinin, B seriyasına məxsus və təhsil sahəsi üçün ideal uyğun gələn “Travelmate” noutbuku da nümayiş olunub. “Acer”in aparıcı modellərinin nümayişi çərçivəsində iştirakçılar müxtəlif noutbukları sınaqdan keçirə biliblər.

04.12.2018 12:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ