Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanmaq fürsəti

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nar”-dan  “Samsung Galaxy Note 9” qazanmaq fürsəti
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Nar” “BakuTel-2018” - 24-cü  Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak edir.

 

Reklam_3_11

Hər zaman yenilikləri və innovativ addımları ilə seçilən “Nar” sərgidə yenilənmiş brendi ilə ən böyük stendlərdən birində  öz məhsullarını təqdim edir. Dörd gün davam edəcək sərgi müddətində iştirakçılar həm “Nar” məhsulları ilə tanış olacaq, həm müxtəlif hədiyyələr qazanacaq, həm də əyləncəli müsabiqələrdə iştirak edə biləcəklər.

 

Dörd gün ərzində “Nar” stendini ziyarət edənlər texnoloji yeniliklərlə tanış olmaqla yanaşı, müxtəlif müsabiqələrdə iştirak etməklə hədiyyələr qazanacaqlar. Sərgi günlərində abunəçilər “Nar” məhsulları ilə tanış olduqdan sonra xüsusi müsabiqədə iştirak etməklə, müasir smartfon - “Samsung Galaxy Note 9” qazana bilərlər. Qeyd edək ki, müsabiqənin qalibi sərginin sonuncu günü elan ediləcək.

 

“Nar” stendinin qonaqlarına ilk dəfə mobil operatorun yeni məhsulları olan “Nar TV” və “Nar Wi-Fi” ruteri təqdim olunacaq. “Nar”-ın ən son məhsulları ilə həm əyani tanış olmaq, həm də sınaqdan keçirmək mümkün olacaq. Bundan başqa, ziyarətçilər mobil operatorun yüksək keyfiyyətli 4G sürətini test edə biləcək. Sərgidə abunəçilərə “Nar”-ın sərfəli qiymətlərə təklif etdiyi “Full” paketləri haqqında geniş danışılacaq.

 

Qeyd edək ki, Bakı Ekspo Mərkəzində keçirilən “BakuTel-2018” - 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi 4-7 dekabr tarixlərində, saat 10:00-dan 18:00-dək davam edəcək.

 

“Nar” hər kəsi öz stendinə dəvət edir. 

04.12.2018 12:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ