Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

4 bank Mərkəzi Banka borcunu tam qaytarıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
4 bank Mərkəzi Banka borcunu tam qaytarıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 21-i Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.

 

Reklam_3_11

Bu banklardan 4-ü - "Access Bank", "Azərbaycan Sənaye Bankı", "Bank VTB Azərbaycan" və "PAŞA Bank" son 1 ildə tənzimləyici quruma borcunu tam qaytarıb. Yəni, öhdəliklərdə 100% azalma var.

 

Bununla yanaşı, 5 bank da AMB-yə borcunu qismən azaldıb. Bunlar "Xalq Bank", "Nikoyl Bank", "Bank BTB", "Günay Bank" və "Premium Bank"dır. Ən çox azalma "Premium Bank"da (85,7% az), ən az azalma isə "Xalq Bank"da (2,2%) qeydə alınıb.

 

2 bankın - "Atabank" və "Bank of Baku"nun AMB-yə borcu olduğu kimi qalıb, yəni dinamika 0%-dir. 

 

1 bankın - "AGBank"ın tənzimləyici quruma borcu 12,5% artıb.

 

9 bankın - "AFB Bank", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Kapital Bank", "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"ın isə AMB-yə borcunun dinamikasını hesablamaq mümkün olmayıb. Çünki bu bankların son 1 ildə tənzimləyici qurum qarşısında öhdəlikləri olmayıb.

 

9 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Muğan Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank" isə AMB-yə borclarının illik dinamikasını açıqlamayıb. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "Renkinq" 

05.12.2018 05:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ