Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanın ilk rəsmi Ünvan Portalını istifadəyə verib.

 

Bu barədə Komitənin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov məlumat verib.

 

“Bununla da ölkədə ünvanı tapmaq daha da sadələşib. Respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanılıb, ünvanların elektron idarə edilməsinə nail olunub”, - deyə o, qeyd edib.

 

Sabah Ünvan Portalının ictimai təqdimatı olacaq. Tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı nəzərdə tutulur. Məqsəd portaldan istifadə qaydaları, onun üstünlükləri ilə bağlı ətraflı məlumat vermək, o cümlədən vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə faydasını izah etməkdir. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

05.12.2018 07:16

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ