Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sahibkarlara onlayn rejimdə şikayət etmək imkanı yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarlara onlayn rejimdə şikayət etmək imkanı yaradılacaq

Kiçik və Orta Biznesin İnkişaf Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə sahibkarlara dəstək proqramı hazırlayıb.

 

Bu barədə Agentliyin icraçı direktoru Orxan Məmmədov məlumat verib.

 

“İş adamları bu proqram çərçivəsində təşkil olunacaq platformada profillərini yaradıb müxtəlif dövlət qurumlarından onlayn rejimdə şikayətlərini edə biləcəklər", - deyə o, qeyd edib. 

 

 

KOBİA-nın rəhbəri onu da qeyd edib ki, yaradılması nəzərdə tutulan elektron portal ümumilikdə sahibkarların hüquqları ilə bağlı maarifləndirmə, müraciətlərə baxılması və problemlərin çevik həlli funksiyalarını yerinə yetirəcək. Bu yenilik hesabına iş adamı müraciətinə baxılma prosesini izləyə biləcək, vaxt itkisinin qarşısının alınacaq, müraciətlərə daha operativ və şəffaf baxılacaq. 

 

“Dövlət informasiya sistemlərinə inteqrasiya edilmiş portala giriş elektron imza vasitəsilə həyata keçiriləcək ki, sistem sahibkarı avtomatik olaraq tanıyacaq. Sahibkar müraciəti formalaşdırır, təsdiqedici sənədləri əlavə edir və müraciətini Agentliyə göndərir. Portal imkan verir ki, sahibkar avtomatik verilmiş kod ilə müraciətin statusunu izləsin. Agentlik bu müraciəti portal vasitəsilə aidiyyəti quruma sorğu edir və yaxud sahibkar, Agentlik və şikayət olunan qurum arasında görüş təyin edir. Yekunda sahibkar yenə də sözügedən portal vasitəsilə nəticə haqqında məlumat alır”, - deyə O.Məmmədov əlavə edib.

 

“Bütün bunlar sahibkarlara daha çox biznesin inkişafı məsələlərinə fokuslanmağa şərait yaradacaq. Agentlik isə bütövlükdə müraciətlərə baxılması sistemini monitorinq edə biləcək. Portalın digər dövlət orqanlarına ineqrasiya edilməsi növbəti hədəflərimiz sırasındadır”, - deyə o, əlavə edib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

05.12.2018 08:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ